Kazan şəhərində bir qrup fəal aksiya keçirib Kazan şəhərində bir qrup fəal aksiya keçirib

Tatarlar Moskvaya etiraz etdi - Müstəqil təhsil sistemi bərpa edilsin

Kazan şəhərində bir qrup fəal aksiya keçirib

Tatarıstanın paytaxtı Kazan şəhərində bir qrup fəal aksiya keçirib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, onlar Rusiya Ali Məhkəməsinin qərarına qarşı çıxış ediblər.

Həmin qərarda deyilir ki, Federasiyanın tərkibində olan respublikalarda dövlət dilini öyrənmək məcbur hesab edilməsin.

Əllərində şüar tutan fəallar bildiriblər ki, respublikalarda dövlət dilindən imtina Rusiyanın köklü xalqlarının dövlətçiliyinin itirilməsi ilə nəticələnəcək.

Aksiyanın sonunda rəsmi Moskvaya bildirilib ki, Rusiya Federasiyanın respublikalarında müstəqil təhsil sistemi bərpa edilməlidir.

Babək Göyüş

© AzNews.az