"Bu gecə klubları bizim cəmiyyətə hansı xeyir verir?". "Bu gecə klubları bizim cəmiyyətə hansı xeyir verir?".

Dağıstanda gecə klubları bağlanmalıdır - Həbib Nurməhəmmədov

"Bu gecə klubları bizim cəmiyyətə hansı xeyir verir?".

Yüngül çəkidə UFC-nin çempionu Həbib Nurməhəmmədov ictimai xadim Eldar İraziyevin "Dağıstanda gecə klubları bağlanmalıdır" ideyasını dəstəkləyib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda o, İnstagram səhifəsində yazıb

"Mən öz yerlilərimə sual verirəm. Bu gecə klubları bizim cəmiyyətə hansı xeyir verir?

Biz Dağıstan sakinləri səhəri pis xəbərlə açdıq. Maxaçqalada gecə klubunda gənc oğlanı öldürüblər. Mən bu imkandan istifadə edərək bütün gecə klubları sahiblərinə müraciət edirəm. Çoxunuzu yaxından tanıyıram, hər birinizlə yaxşı münasibətim var. Bu çirkin işi buraxın. Gecə klubunda ölüm, atışma və bıçaqlanma ilk hadisə deyil. Belə çirkin pulları öz ailənizə aparırsınız və uşaqlarınıza yemək verirsiniz.

Gəlin, uşaq klubları açaq. Mən şəxsən özüm hər yerdə belə klubları reklam edəcəm. Ana hıçqırtısını uşaq gülüşü əvəz edək. Çünki sizin klublarda bu, ilk ağlayan ana deyil. Siz pul qazanırsınız, başqaları isə əziyyət çəkir. Saysız hesabsız spirtli içkilər, pozğun qadınlar... Nəticədə dava və atışma olur.

Mən tamamilə Eldar İraziyevi dəstəkləyirəm". Bu fikirləri Həbib səsləndirib.

Babək Göyüş

AzNews.az

image description