"O insan evlənməklə ərə getməyi qarışdırır!" "O insan evlənməklə ərə getməyi qarışdırır!"

Məşhur aparıcı xanım həmkarını yıxıb-sürüdü - "Onun ağlı yoxdur!" - VİDEO

"O insan evlənməklə ərə getməyi qarışdırır!"

Aparıcı Vladimir Solovyov teleaparıcı Olqa Buzovanı və onun iştirak etdiyi şounu tənqid edib.

Oxu.Az Life.ru-ya istinadən bildirir ki, o, bunu “Vesti FM” radiostansiyasının efirində səsləndirib və sonra səs yazısını özünün “Instagram” hesabı üzərindən paylaşıb.

“Nə demək olar? Onun ağlı yoxdur, heç vaxt olmayıb və olmayacaq da. O insan evlənməklə ərə getməyi qarışdırır! Buzovaya ərə getmək! Buzova nədir, kişidir?”, - deyə teleaparıcı deyib.

Solovyovla birlikdə verilişi aparan qadın aparıcı güman edib ki, şounun yaradıcılarının hansısa bir xüsusi məna kəsb edən “xüsusi fikri” olub. Solovyov isə deyib ki, bu fikir savadsızlıqdır.

Teleaparıcı şou üzərində çalışan teleprodüserləri də tənqid edib.

“Sən düşünürsən ki, onlar belə aparıcı ilə çalışdıqları üçün ağıllıdırlar?”, - Solovyov deyib. (oxu.az)

View this post on Instagram

#соловьевlive Бузова мужик?

A post shared by Владимир Соловьев (@vrsoloviev) on Dec 12, 2018 at 7:53pm PST

AzNews.az

image description