Rusiyanın Çita şəhərində qəribə oğurluq hadisəsi baş verib. Rusiyanın Çita şəhərində qəribə oğurluq hadisəsi baş verib.

Rusiyada qeyri-adi olay

Rusiyanın Çita şəhərində qəribə oğurluq hadisəsi baş verib.

34 yaşlı müştəri “Honda Accord” markalı avtomobilini yuduzdurmaq üçün onu avtoyuma məntəqəsinin işçisinə verir, özü isə gözləmə otağına keçir.

Bir neçə dəqiqədən sonra maşın sahibinin yadına düşür ki, içərisində sənədləri və 100 min rubl olan çantanı maşının salonunda unudub.

O, maşına yaxınlaşanda çantanın qoyduğu yerdə olduğunu görür və özünə gəlir. Lakin çantanın yerinin bir qədər dəyişdirilməsi sürücünün diqqətini çəkir. O, şübhələrə son qoymaq məqsədilə pulları saymağa başlayır.

Məlum olur ki, çantadakı pullardan 10 min əskikdir.

İşi belə görən müştəri dərhal polisə müraciət edir. Oğurluq hadisəsilə əlaqədar cinayət işi başlanılır.

Rusiya DİN-in Baykal bölgəsi üzrə idarəsindən bildirildiyinə görə, araşdırma zamanı maşınyuma məntəqəsində yuyucu işləyən 24 yaşlı gənc polis şöbəsinə çağırılıb.

O, əvvəlcə ifadəsində pulun onun tərəfindən oğurlanmadığını bildirsə də, uzun sorğu-sualdan sonra oğurluq əməlini etiraf edib.

Maraqlısı odur ki, qısa zaman kəsiyindən oğru 10 min pulu xərcləməyə də macal tapıb.(teleqraf.com)

© AzNews.az