66 yaşlı bosniyalı iqtisadçı Bude Staşiniç Moskvada yoluxduğu qrip xəstəliyindən ölüb. 66 yaşlı bosniyalı iqtisadçı Bude Staşiniç Moskvada yoluxduğu qrip xəstəliyindən ölüb.

Məşhur iqtisadçı qripdən öldü

66 yaşlı bosniyalı iqtisadçı Bude Staşiniç Moskvada yoluxduğu qrip xəstəliyindən ölüb.

“Mash” telegram-kanalı xəbər verir ki, Staşiniç bir həftə əvvəl Moskvaya gəlib və Pskov, Novqorod şəhərlərinə gedərək, qədim abidələri ziyarət etmək istəyirmiş.

Ölkəyə gəldikdən iki gün sonra o, pnevmoniya diaqnozu ilə reanimasiyaya yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

Mənbə bildirir ki, Bude Staşiniç maliyyəçi və ekspert olub. Bosniya və Herseqovinanın Serb respublikasında özəlləşdirmə fondunun direktorunun müşaviri vəzifəsində çalışıb.(virtualaz.org)

© AzNews.az