Reuters: İran müharibə dövründə hökumət əleyhinə etirazçılara təzyiqi artırıb

“Reuters”in araşdırmasına görə, İran müharibə dövründə ölkə daxilində və xaricində hökumət əleyhinə etirazçıların təqibini gücləndirib. Bu kampaniyada edamlar, kütləvi məhkəmə prosesləri, ailələrə təzyiq və xaricdə yaşayan iranlılara qarşı müxtəlif məhdudiyyətlərdən istifadə edilib.

“Reuters”in məlumatına görə, kampaniyada təhlükəsizlik strukturları, məhkəmə sistemi və dövlət televiziyası iştirak edib və məqsəd cəmiyyətdə qorxu mühiti yaratmaq olub.

Agentliyin araşdırmasına əsasən, ABŞ və İsrailin yanvar ayında baş verən etirazların yatırılması ilə əlaqəli ən azı 17 polis bölməsinə, hərbi bazaya və kəşfiyyat idarəsinə zərbələr endirməsinə baxmayaraq, İranın təhlükəsizlik strukturları öz mövqelərini qoruyub.

Yanvar etirazlarında iştirak etdiklərinə görə ən azı 34 nəfər edam edilib, minlərlə insan isə həbsə atılıb.

“Reuters” Türkiyə, Ermənistan və Gürcüstanda yaşayan iranlılara qarşı təzyiqləri də sənədləşdirib. Bu təzyiqlərə İrandakı qohumlara qarşı təhdidlər, pasportların ləğv edilməsi və konsulluq xidmətlərinin göstərilməməsi daxildir.

Mövsüm,
AzNews.az