- Dünyanın halı
- 15:44
- 1 260
Rusiya Kiyevə zərbə endirib: 3 nəfər ölüb, 14 nəfər yaralanıb
Kiyevdə Rusiya qüvvələrinin hücumu nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.
AzNews.az xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko bildirib.
Onun sözlərinə görə, yaralananlardan 8-i xəstəxanalarda müalicə olunur. Onlardan ikisinin vəziyyəti ağırdır.
Kliçko onu da bildirib ki, paytaxtın Şevçenkovski rayonunda yenidən zərbə qeydə alınıb.