Cənubi Koreya Ukraynadakı səfirini geri çağırıb

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırır.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Ölkə hökuməti Ukraynadakı səfirin vətənə geri çağırılmasına qərar verib”, - deyə nazirliyin saytında yayılan məlumatda bildirilib.

Cənubi Koreya XİN müxtəlif məsələlərin bundan sonra iki ölkə arasında sülh yolu ilə həll ediləcəyinə ümid etdiyini bildirib.

Nazirlik, həmçinin Kiyevlə məsləhətləşmələri davam etdirəcəyini açıqlayıb.

Mövsüm,
AzNews.az