"Mənim öz ehtiyatlarım var". "Mənim öz ehtiyatlarım var".

Senator həbsdə yeməkdən imtina etdi

"Mənim öz ehtiyatlarım var".

Qaraçay-Çərkəz Respublikasının həbs olunan senatoru Rauf Araşukov təcridxanada yemək yeməkdən imtina edib.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, "Moskovskiy Komsomolets" nəşrinin jurnalisti Yeva Merkaçeva Moskvanın İctimai müşahidə komissiyasının nümayəndəsi olaraq "Lefortovo"da saxlanılan senatorun saxlanma şəraitini müşahidə edib.

Nəzarətə alınan 32 yaşlı Araşukovun həkimlər yoxladıqdan sonra tam sağlam olduğu qeyd olunub. Bundan sonra ona həbsxana geyimləri, diş fırçası, tualet kağızı və yuyucu toz verilib.

Araşukovu karantin kamerasında saxlayırlar. Burda televizor, soyuducu, yatmaq üçün normal matras da var. Bircə isti su çatışmır.

Araşukov isə normal kameraya salınmasını tələb edib. Ona isə "bu, elə normal kameradır" bildiriblər.

"Heyf ki, idman zalı yoxdur" deyən Araşukov səhər yeməyindən imtina edib.

Hüquq müdafiəçiləri isə ilk bağlamanın ("peredaça") hələ yaxın günlərdə gəlməyəcəyini desələr də, Araşukov "mənim öz ehtiyatlarım var" cavabını verib.

Fəridə Abdulla

AzNews.az