• Rusiya
  • 8 Aprel 2019 15:09
  •  940

“Rusiyanı ancaq o ideya birləşdirə bilər” - Pozner

“Bu, çox çətin olacaq, çünki biz heç bir şeyə inanmırıq”.

Televiziya aparıcısı Vladimir Pozner bildirib ki, Rusiyanın hələ də milli ideyası yoxdur, yalnız həqiqət, düzgünlük, haqq-ədalət ölkə əhalisini birləşdirə bilrər.

Bu barədə o öz bloqunda oxucularla görüş zamanı bildirib:

“Mən əminəm ki, isanlar yalnız həqiqət ətrafında birləşə bilərlər. Bu ətrafda düşünməliyik ki, bu sənin ölkəndir, onun necə olması səndən, sənin davranışından, sənin seçimindən asılıdır”.

Pozner əmindir ki, “bu, çox çətin olacaq, çünki biz heç bir şeyə inanmırıq”.

“Bizə neçə dəfə yalan danışdılar ki, indi biz də qapalı ölkə deyilik”, – o öz fikirlərini izah edib. Eyni zamanda teleaparıcı düşünür ki, pravoslavlığın əsasında milli ideya yaratmaq mümkün olmayacaq.

Onun sözlərinə görə, Fransa və İngiltərənin də milli ideyası yoxdur, ancaq ABŞ-da müəyyən dərəcədə var.

Televiziya aparıcısı qeyd edib ki, SSRİ-nin məqsədi sosializm, sonra isə kommunizm qurmaq idi, lakin vaxt keçdikcə insanlar bu barədə məyus oldular.

2016-cı ilin fevralında Rusiya Prezidenti Vladimir Putin vətənpərvərliyi ölkənin milli ideyası elan edib. Onun fikrincə, bu ideya təkcə hansısa siyasi partiyanın fəaliyyəti ilə bağlı olmamalıdır.(teleqraf.com)

AzNews.az