Məhkəmə qərarı 22 apreldə qüvvəyə minib Məhkəmə qərarı 22 apreldə qüvvəyə minib

Hakimiyyətə hörmətsizliyə görə ilk cəzalanan o oldu

Məhkəmə qərarı 22 apreldə qüvvəyə minib

Rusiyanın Novqorod şəhərinin Çudovo rayon məhkəməsi Malaya Vişera şəhərinin sakini Yuri Kartıjevi ilk dəfə olaraq İnzibati Xətalar Məcəlləsində cəmiyyətə, dövlət rəmzlərinə və hakimiyyət orqanlarına qarşı hörmətsizliyə görə cəza nəzərdə tutan yeni qanuna uyğun olaraq təqsirli bilib.

“İnterfaks” xəbər verir ki, məhkəmə qərarı 22 apreldə qüvvəyə minib.

Məlumata görə, bu il martın 31-də Kartıjev internetdə dövlət rəhbəri və hakimiyyət orqanlarına açıq şəkildə hörmətsizlik ifadə edən iki qeyd yerləşdirib. Buna görə də ona 30 min rubl məbləğində pul cəzası verilib.

Qeyd olunur ki, İ. Kartıjev Rusiya tarixinə “hakimiyyətə hörmətsizliy”inə görə cəzalandırılan ilk şəxs kimi düşüb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin cəmiyyətə, dövlətə, rəsmi dövlət rəmzlərinə, Konstitusiyaya və ya hakimiyyət orqanlarına hörmətsizliyə görə cərimələnməni nəzərdə tutan qanun layihəsini martın 18-də imzalayıb. Layihəyə əsasən informasiyanın nalayiq və ya ləyaqəti alçaldan şəkildə yayılması qadağan edilib. Belə məlumatlar aşkar edildikdə resurs sahiblərinə bildiriş aldıqdan sonra bu informasiyanı silmək üçün bir gün verilir, əks halda resurs bloklanır.

Tətbiq olunan qadağaların pozulmasına görə 30 mindən 300 min rubla qədər cərimə və 15 günə qədər inzibati həbs cəzası şəklində müxtəlif sanksiyalar nəzərdə tutulub. Həmin şəxs qərarı yenidən pozduqda həbs edilir.(qafqazinfo.az)

AzNews.az