Danışıqlar Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub Danışıqlar Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub

Putin Koreya liderinə nə hədiyyə etdi?

Danışıqlar Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina qiymətli fincan dəsti hədiyyə edib.

“TASS” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, KXDR rəhbəri isə Putinə qılınc təqdim edib.

Qeyd edək ki, bu gün liderlər arasında Vladivostokda təxminən 2 saat davam edən görüşdə nüvə silahsızlanma məsələsi və Koreya yarımadasındakı vəziyyət müzakirə edilib.

Danışıqlar Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.(qafqazinfo.az)

AzNews.az