Moskva şəhərində VIII beynəlxalq təhlükəsizlik konfransı keçirilib Moskva şəhərində VIII beynəlxalq təhlükəsizlik konfransı keçirilib

Moskvadakı təhlükəsizlik konfransında Qərbə güc nümayişi

Moskva şəhərində VIII beynəlxalq təhlükəsizlik konfransı keçirilib

Rusiya Müdafiə Nazirliyi tərəfindən keçirilən tədbirdə 111 ölkədən və müxtəlif beynəlxalq təşkilatlardan mindən çox nümayəndə iştirak edib.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi tədbir çərçivəsində keçirilən plenar iclaslarda qlobal və regional təhlükəsizlik məsələləri, sülhməramlı fəaliyyətlər, hərbi əməkdaşlığın genişləndirilməsi, eləcə də müasir dünyada mövcud olan hərbi təhlükələr və təhdidlər müzakirə olunub.

Konfransda Rusiya tərəfindən NATO, eləcə də bir sıra Qərb ölkələrinə hədə tonunda mesajlar ünvanlanıb.

“Dünyadakı münaqişələrin əksəriyyəti üçüncü ölkələrin hərbi avantüralarının və ayrı-ayrı oyunçuların regional, bəzən də qlobal orbit rolunu üzərinə götürmək, beynəlxalq ictimaiyyətin digər üzvlərinin onun əmrlərinə boyun əyməyə məcbur etmək cəhdlərinin nəticəsidir”.

Bunu Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev Moskva Beynəlxalq Təhlükəsizlik Konfransının açılış mərasimində deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin əsas vəzifəsi münaqişələrdən və zorakılıqlardan azad dünya qurmaqdır. "Bu yalnız bütün ölkələrin beynəlxalq sazişlərlə üzərinə götürdüyü öhdəliklərə vicdanla riayət etməsi, kollektiv başlanğıcların, ilk növbədə BMT mexanizmlərinin gücləndirilməsi halında mümkündür", - N.Patruşev bildirib.

Bu arada Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk və Luqansk vilayətlərində daimi yaşayan şəxslərə vətəndaşlıq verilməsini sadələşdirən fərman imzalayıb. Onun fərmanına əsasən, separatçı rejimlərin sakinlərinin Rusiya vətəndaşlığına qəbulu üçün müraciətinə maksimum üç ay müddətində baxılmalıdır.

Ä°lgili resim

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu öz facebook profilində bununla bağlı status paylaşıb. Politoloq bunları qeyd edib: “Putin nəinki Vladimir Zelenskini Ukraynanın prezidenti seçilməsi münasibətilə təbrik etmədi, ona ilk böyük pisliyini etdi. Rusiya prezidentinin fərmanı ilə Donetskdə və Luqanskdə separatçıların nəzarət etdiyi bölgələrdə yaşayan insanlara Rusiya vətəndaşlığı veriləcək. Bu o deməkdir ki, Kreml Donbası Ukraynadan qoparmaq prosesini sürətləndirir.

Separatçıların nəzarət etdiyi bölgələrdə yaşayanların böyük əksəriyyəti Rusiya pasportlarına yiyələnəcəklər. Çünki Rusiya pasportlarını daşıyan donbaslılar daha çox maaş və pensiyaya ümid edirlər. Kreml hətta nə vaxtsa hipotettik olaraq Donbası Ukrayna ərazisi kimi tanısa da, orada yaşayanlar çoğrafi ərazi kimi Ukraynada olsalar da, vətəndaş olaraq Rusiyaya tabe olacaqlar, çünki ciblərində Rusiya pasportu daşıyacaqlar. Bir sözlə, Rusiya rəsmən Donbasın işğalına başlayıb".

Ä°lgili resim

Politoloq Əhəd Məmmədli öncə Moskvadan Qərbə ünvanlanan mesajlara toxundu: “Qərb Rusiya ilə qarşıdurmada SSRİ dönəmində olduğu kimi vahid deyil. Daxili auditoriyaya da daim xarici düşmənlərlə savaşan böyük Rusiya lazımdır ki, iqtisadi, sosial çətinliklərə rəğmən Putin iqtidarını davam etdirə bilsin. Hələlik Putin istəklərinə nail olur. DTX polkovniki Qərbin vahid sisteminin də nasazlıqlarından istifadə edərək bütün cəbhələrdə hücumdadır. Bu cəbhənin genişliyi Ukraynada başlayır, Suriyada davam edir. Kreml hər kəsə Amerika kimi nəhəng olduğunu göstərmək istəyir. Dünyada dəngələri yenidən dəyişmək istəyir. Bu dəngələri təkcə Rusiya dəyişmək istəmir, bunu istəyən və dəyişməyə cəhd edən Britaniya, Fransa, Almaniya, Çin, Türkiyə də var. Dəngələr dəyişir, dünya bir və ikiqütblükdən çox qütblük dövrünə qayıdır. Və bu köhnə-yeni düzəndə tək söz sahibləri Ağ Evlə Kreml olmayacaqlar, bir neçə söz sahibi olacaq. Gələcəkdə olacaq bir neçə söz sahibinin artıq iki qrupa bölündüyünü görə bilərik. Bu iki qrup bir-biriləri ilə rəqabətdə olacaqlar. Şərti olaraq bu iki qrupu Rokfellerlər və Rotşildlərə bölə bilərik. Bu iki qrup arasında anlaşma, razılaşma da ola bilər, hansısa məsələlər, bölgələrdə ciddi qarşıdurmalar da baş verə bilər. Diqqətlə baxsaq artıq bütün bunların üfüqünü görə bilərik”.

Politoloq Ukraynada Rusiya təhlükəsinin getdikcə gücləndiyini bildirdi: “Bu o deməkdir ki, Krımın ardınca, Donbasın da anneksiyasına start verilib. Rusiya tərəfindən Abxaziya, Cənubi Osetiyanın müstəqilliyinin tanınması da rus pasportlarının verilməsi ilə başlanmışdı. Bu o deməkdir ki, Kreml Donbasda da işğal etdiyi torpaqları qaytarmaq fikrində deyil. Donetsk, Luqans kimi şəhərlər əldən gedir. Moskva Donbasda, əvvəl Abxaziya, Cənubi Osetiya, sonra da Krım ssenarisini tətbiq edə bilər. Əvvəl vətəndaşlıq veriləcək, sonra da yeni separatçı bölgə müstəqilliyini elan edəcək, ardınca da saxta referendum keçirilib bu ərazilər də Rusiyaya birləşdiriləcək. Rusiya Donbasda işğal etdiyi əraziləri rəsmləşdirmə yolunda ilk addımını atdı. Buna dur deyən olmasa, Donbası da Abxaziya, Cənubi Osetiya, Krımın aqibəti gözləyir. İnqilabdan sonra Ukrayna siyasi liderləri, hərbi generaliteti qorxaq hərəkət, xəyanət etməyərək Krımdaca ruslara savaş versəydilər, Kreml Donbasa girməyə bəlkə də risk etməzdi. Döyüşsüz, çox asanlıqla Krımı ruslara verən ukraynalılar növbəti zərbəni Luqansk, Donetskdə aldılar. Yaxşı ki, rus təcavüzünun qarşısı Xarkov, Odessa, Mariupolda alındı, yoxsa ən azı Donbasın hamısı indi işğal altındaydı. Kreml bununla demək istəyir ki, reallığı qəbul edib bizimlə razılaşın”.(musavat.com)

AzNews.az