- Rusiya və İran
- 26 Aprel 2019 18:29
- 2 925
Rusiyada raket zavodu yanır - VİDEO
Hadisə yerində fövqəladə xidmətlər işləyir.
Rusiyanın Krasnoyarsk şəhərindəki "Krasmaş" raket zavodu yanır.
Zavod korpuslarından birinin damı yanıb.
Yanğın qısa zamanda böyük əraziyə yayılıb və KİV-də yanğının 5 min kvadratmetr sahəni əhatə etdiyi göstərilib.
Hadisə nəticəsində yanan dam örtüyü dağılıb.
Hadisə yerində fövqəladə xidmətlər işləyir. Yanğını dördüncü çətinlik səviyyəsinə aid ediblər.
AzNews.az