• Rusiya
  • 8 İyul 2019 10:24
  •  756

Rusiyada itkin düşmüş azərbaycanlı tapıldı - FOTO

"O, kəndə qonaq gedib və qayıdıb"

İyulun 5-də Rusiyanın Volqoqrad vilayətində itkin düşmüş azərbaycanlı Vaqif Zingirov tapılıb.

“Bloknot Volqoqrada” xəbər verir ki, o, iyulun 7-də gecə saatlarında sağ vəziyyətdə aşkarlanıb.

V.Zingirovun həyat yoldaşı Diana deyib ki, əri kəndə qonaq gedib və qayıdıb:

“Telefonu isə olmayıb, itirib”.

Xatırladaq ki, Volqoqrad vilayətinin Krasnoarmeysk rayonunda yaşayan Zingirov Vaqif Qiyamət oğlu iyulun 5-də evdən çıxıb və geri dönməyib.

184 sm boya malik V.Zingirov evdən çıxarkən əynində mavi cins şalvar və qısaqol qara zolaqlı ağ köynək olub.

Sözügedən şəxs gedərkən pasportunu da özü ilə götürüb.(report.az)

AzNews.az

image description