Şübhəlilər cinayət motivindən danışaraq günahlarını etiraf ediblər Şübhəlilər cinayət motivindən danışaraq günahlarını etiraf ediblər

16 yaşlı qız şüşə butulka ilə rəfiqəsini döydü, sonra isə …

Şübhəlilər cinayət motivindən danışaraq günahlarını etiraf ediblər

Rusiyanın Arxangelsk şəhərində 17 yaşlı qızın öldürülməsində şübhəli bilinən iki 16 yaşlı sakin DİN əməkdaşları tərəfindən saxlanılıb.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı RİA "Novosti" agentliyi yayıb.

Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, 30 iyun 2019-cu ildə ölən 17 yaşlı qızda zorakılıq əlamətləri aşkar edilib. Şübhə altına isə mərhumun iki 16 yaşlı rəfiqələri düşüb.

İstintaq araşdırıb ki, iyunun 29-da qızlar arasında münaqişə baş verib, nəticədə şübhəlilərdən biri qurbanın başına şüşə butulka ilə bir neçə zərbə vurub, şüşə parçaları ilə üzünü cırıb, sonda isə boğaraq öldürüb.

İkinci qız ölənin əllərini tutub və döyülməsi üçün lazım olan əşyaları verib.

Şübhəlilər cinayət motivindən danışaraq günahlarını etiraf ediblər.

Hər iki qıza "Qətl" maddəsi ilə cinayət işi açılıb. İndi onlar həbsdə saxlanılır.

Babək Göyüş

AzNews.az