Rusiya Türkiyəyə qırıcı satmaq istəyir

"Su-35 qırıcılarının tədarükü məsələsinə baxmağa hazırıq"

Rusiyanın “Rostex” dövlət korporasiyası Türkiyəyə Su-35 qırıcıları tədarük etməyə hazırdır.

TASS xəbər verir ki, bunu “Rostex”in rəhbəri Sergey Çemezov deyib.

“Əgər türkiyəli həmkarlarımız arzu etsələr, biz Su-35 qırıcılarının tədarükü məsələsinə baxmağa hazırıq”, - o bildirib.

Xatırladaq ki, Ağ Ev Rusiyadan “S-400” kompleksləri aldığına görə Türkiyənin F-35 qırıcılarının hazırlanması proqramında iştirakını dayandırıb.(oxu.az)

AzNews.az