Moskva-Yerevan təyyarəsində 8 sərnişin yaralandı

3 nəfər xəstəxanaya yerləşdirilib

Moskva-Yerevan təyyarəsi Rusiyanın Şeremetyevo hava limanından Ermənistana uçuş edərkən reys təxirə salınıb.

“RİA Novosti”yə istinadən xəbər verilir ki, buna səbəb təyyarənin pilot kabinəsəndə əmələ gələn tüstü olub.

Moskva Regional Təcili Yardım İdarəsinin mətbuat xidmətinin rəhbəri Fyodor Polsin bildirib ki, “Boeing 747” tipli təyyarənin göyərtəsində 187 sərnişin olub.

Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə İdarəsindən bildirilib ki, dərhal sərnişinlər evakuasiya olunub. Onlardan səkkiz nəfəri yaralanıb, üçü isə xəstəxanaya yerləşdirilib. (APA)