Münaqişə nəticəsində 13 minə yaxın insan həlak olub Münaqişə nəticəsində 13 minə yaxın insan həlak olub

DXR-dən 4 universitet Rusiyada akkreditasiyadan keçdi - Moskvadan Kiyevə daha bir zərbə

Münaqişə nəticəsində 13 minə yaxın insan həlak olub

Tanınmamış Donetsk Xalq Respublikasının dörd ali təhsil müəssisəsi Rusiya Federasiyasında akkreditasiyadan keçib. Onlardan ikisi bu il artıq Rusiya nümunəli diplomlar verməyə başlayıb.

AzNews.az xəbər verir ki, bu barədə cümə günü DXR-in təhsil və elm naziri Mixail Kuşakov bildirib.

Nazirliyin məlumatına görə, DXR-in ali məktəbi - Donetsk Tibb Universiteti keçən il ilk dəfə Rusiyada akkreditasiyasından keçib:

"Bizim dörd ali məktəbimiz RF-də uğurla akkreditasiyadan keçib, onlardan ikisi bu il RF diplomları verib. Dünən Donetsk Milli Universitetinin akkreditasiyadan keçmək barədə fərman imzalanıb", - deyə Kuşakov brifinqdə bildirib.

Ukrayna hökuməti 2014-cü ilin aprelində Ukraynanın dövlət çevrilişindən sonra 2014-cü ilin fevralında müstəqillik əldə etdiyini bəyan edən qondarma LXR və DXR-ə qarşı hərbi əməliyyatlara başlayıb. BMT-nin son məlumatına görə, münaqişə nəticəsində 13 minə yaxın insan həlak olub.

Donbassda vəziyyətin nizamlanması məsələsi, o cümlədən Minskdə 2014-cü ilin sentyabrından münaqişənin aradan qaldırılması ilə bağlı addımları tənzimləyən üç sənəd Əlaqə Qrupunun görüşləri zamanı müzakirə olunur. Lakin münaqişə tərəfləri arasında barışıq haqqında sazişlərdən sonra da atışma davam edir.

Babək Göyüş

AzNews.az