- Rusiya və İran
- 25 Avqust 2019 14:20
- 4 538
Rusiyada meşə yanğınlarının sahəsi genişlənib

Rusiyada meşə yanğınlarının sahəsi gün ərzində genişlənib
Hazırda ölkə ərazisində 109 belə yanğın ocağı var.
Bildirilir ki, ötən gün yanğın sayı daha çox olsa da, yanğınların ümumi sahəsi az idi. Daha ciddi vəziyyət 84 yanğın ocağının qeydə alındığı Krasnoyarsk diyarındadır.
Yanğınların söndürülməsinə ümumilikdə təqribən 500 nəfər cəlb olunub. (Report)