O, Amerika xüsusi xidmət orqanlarının məxfi məlumatlarının sızmasını təşkil edib O, Amerika xüsusi xidmət orqanlarının məxfi məlumatlarının sızmasını təşkil edib

Edvard Snouden Rusiyada gizli evlənib

O, Amerika xüsusi xidmət orqanlarının məxfi məlumatlarının sızmasını təşkil edib

Milli Təhlükəsizlik Agentliyi (MTA) və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq analitiki Edvard Snouden iki il əvvəl özünün çoxdandan münasibətdə olduğu amerikalı rəfiqəsi Lindsi Mills ilə Rusiyada evlənib.

Bu barədə "The Guardian" qəzetinə keçmiş agent özünün “Şəxsi iş” kitabının buraxılması ərəfəsində bildirib. Edvard Snoudenin kitabının dünya premyerası sentyabrın 17-də keçiriləcək.

Amerika xüsusi xidmət orqanlarının sabiq agenti Böyük Britaniyanın qəzetinə müsahibəsində ABŞ-ı tərk etməmişdən əvvəl görüşdüyü və daha sonra onun yanına, Rusiyaya köçmüş Mills ilə 2017-ci ildə evləndiklərini deyib. Onun sözlərinə görə, Millsin nə onun MTA-nin iş üsullarını açıqlamaq planlarından, nə də dərhal ABŞ-dan qaçmaq planından xəbəri olmayıb.

Xatırladaq ki, Snouden Amerika xüsusi xidmət orqanlarının məxfi məlumatlarının sızmasını təşkil edib. Məlum olub ki, ABŞ Mərkəzi Bankı 35 dövlət başçısının, o cümlədən Almaniya kansleri Angela Merkelin telefon danışıqlarını dinləyib. Snoudenin 2013-cü ildə ifşası diplomatik qalmaqal yaradıb.