Putin Çin Xalq Respublikasının Baş naziri ilə görüşəcək

Bu barədə Putinin köməkçisi Yuri Uşakov məlumat yayıb

Rusiya Prezidenti Vladimir Putin bu gün Çin Xalq Respublikasının Baş naziri Li Kesyanla görüşəcək.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov məlumat yayıb.

Onun sözlərinə görə, görüşdə Rusiya-Çin münasibətlərinin yeni səviyyəsi, Rusiya və Çin liderlərinin hər zaman ya Moskvanı, ya da müvafiq olaraq Pekini ziyarət edən yüksək rütbəli məmurları qəbul etdiyi vurğulanacaq.

Xatırladaq ki, Li Kesyanın Rusiyanın Baş naziri Dmitri Medvedevin dəvəti ilə Rusiyaya səfəri Moskva və Pekinin diplomatik münasibətlərin qurulmasının 70 illiyini qeyd etdiyi il, sentyabrın 16-da baş tutub.

Rusiya və Çin Baş nazirlərinin ikitərəfli danışıqları Rusiya və Çin hökumət başçılarının 24-cü növbəti görüşü olub.

Medvedevin fikrincə, onun ÇXR-in Baş naziri Li Kesyanla apardığı danışıqlar Rusiyanın Çinlə hərtərəfli tərəfdaşlığı və strateji əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərir.

O, həmçinin bildirib ki, Moskva və Pekin 2024-cü ilə qədər enerji, sənaye, yüksək texnologiyalar və kənd təsərrüfatı sahələrində birgə layihələr həyata keçirməyi planlaşdırırlar.

İki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi ötən il108 milyard dollardan çox olub.

Pərvanə

AzNews.az