Ekspertlər hesab edir ki, Şoyqu Putindən sonra hakimiyyətin ən reytinqli siyasətçisidir Ekspertlər hesab edir ki, Şoyqu Putindən sonra hakimiyyətin ən reytinqli siyasətçisidir

Putin türkəsilli şəxsi özündən sonraya hazırlayır

Ekspertlər hesab edir ki, Şoyqu Putindən sonra hakimiyyətin ən reytinqli siyasətçisidir

Rusiya prezidenti Vladimir Putin hər ilin bu günlərində gündəmin əsas simalarından birinə çevrilir. Buna səbəb də onun 7 oktyabrda keçirdiyi doğum günləri olur. Bu il də Kreml sahibinin Tayqa meşələrində görünməsi ciddi müzakirələrə səbəb olub.

Xüsusilə Putinin ölkəsinin türk əsilli müdafiə naziri Sergey Şoyqu ilə birlikdə piknik etməsi diqqətləri daha çox çəkdi. Bununla əlaqədar müxtəlif iddialar meydana çıxıb. Rusiya rəhbərinin komandasında ən çox inandığı şəxsin Şoyqu olduğu deyilir. Hətta ona varisi gözündə baxdığı ehtimal olunur. Bir növ Şoyqunun sabiq Rusiya prezidenti Dmitri Medvedyevin rolunu oynayacağı qeyd edilir. Bir varis və ya Rusiyanın gələcək rəhbəri kimi onun uğurlu olub-olmayacağı yönündə müxtəlif mülahizələr səsləndirilir.

Politoloq Əhəd Məmmədli Putinin Şoyqu ilə piknik etməsinin arxasında ciddi mesajların dayandığını düşünür: “Putin ad günü münasibətilə Tayqaya Şoyqu ilə istirahətə gedib. Meşədə birgə gəziblər, samovar çayı içiblər. Bu yaxınlarda elə sizin sayt Putinin prezidentlik müddəti bitəndən sonra Rusiyanı nələr gözləyir sualını verəndə varis planı haqda da söz açmışdım. İllərdir varis kimi Şoyqunun adı hallanır. Fövqəladə hallar naziri olmuş, indi də müdafiə naziri olan Şoyqu ilə birlikdə Putinin qeyri-rəsmi şəkildə, istirahət edərkən görünməsi özü siyasi bir mesajdır. Putin bununla seçiminin Şoyqunun üstündə durduğunu göstərə bilər. Rus dövləti tarixində istər çar, istərsə də, kommunistlərin dövründə rusları adətən qeyri-rus hökmdarlar idarə edib. Rusiya dövlətçilik tarixində qeyri-rusun ölkə başına gətirilməsi yenilik deyil. Düzdür Rusiyada növbəti prezident seçkilərinə hələ kifayət qədər vaxt var. Bu müddət aşırımında hər şey də olmasa, çox şey dəyişə bilər. Putin Şoyquya çox inanır, etibar edir. Ola bilsin Rusiyanın dərin dövləti də Şoyqunun namizədliyinin üstündə durub. Rusiyanı Putinin başçılığı ilə kəşfiyyatçılar idarə edir.

Politoloq Əhəd Məmmədli ile ilgili görsel sonucu

Rusiya ən yeni tarixində varis planı adət halına çevrilib. Yeltsin də varis seçimində sonda Putinin üstündə durdu. Təbii, o vaxt Putinin seçimində rus generalitet və oliqarxiyasının da əməyi olub. Düzdür, sonra Putin başda Berezovski olmaqla, onu hakimiyyətə gətirən bütün oliqarxları ya sıradan çıxartdı, ya da özünə tabe etdi və düşünürəm ki, dövlətçilik baxımından doğru da etdi. Düzdür, bu artıq başqa mövzunun söhbətidir. Əslində Putin bir dəfə özünə varis seçmişdi. O, varis seçimindən daha çox rokirovka idi. Söhbət təbii ki, Medvedyevdən gedir. Şoyquya gəldikdə isə, o, prezident seçilə bilər. Bu cür də ola bilər ki, prezident səlahiyyətləri məhdudlaşdırılsən, əsas səlahiyyətlər baş nazirə verilsin. Bununla da Putin yenə ölkə başının sükanı arxasında qala bilər. Şoyqu prezident olsa, Rusiyanın militarist siyasətinin davam edəcəyi anlamına gəlir. Əgər Rusiya kimi bir ölkədə müdafiə naziri prezidentliyə gətirilirsə, bu o deməkdir ki, hərbi ritorika nəinki qalacaq, əksinə, artacaq. Düşünmürəm ki, bu dəfə Şoyqu Medvedyev kimi bir dönəm üçün seçilsin. Çünki Putinin artıq yaşı da o yaş deyil ki, bir müddət də gözləsin. Həm də Rusiyada prezidentlik müddəti də çoxalıb, bunu da nəzərə alaq. İstənilən halda, variantlarda Putinin hansı dispozisiyada olduğundan fərqli olmayaraq, o, hələ rus siyasətinə təsir edəcək”.

Əziz Əlibəyli ile ilgili görsel sonucu

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Şoyqunun əsas güc olduğunu qeyd etdi: “Şoyqu türk kökənli bir nazir olsa da, Putinin arxasındakı əsas güc sayılır. Eyni zamanda onun haqqında siyasi ədəbiyyatda ”Dərin rus dövləti" deyə bəhs edirlər. Şoyqu modern rus hərbisinin memarı, qurucusudur. Putin bugünkü qüdrətinə görə ilk minnətdar olacağı şəxs sərt, soyuqqanlı və əsl hərbçi olan Sergey Şoyqudur. Bu türk nə az, nə də çox 9 dildə danışır, türk dillərinin isə hamısını bilir. 2012-ci ildən nazir olan Şoyqunun sayəsində Putinin xarici siyasətində hərbi amili birinci sıraya yerləşdi. Hətta Şoyqu ilə bağlı Pentaqon hesabatında qeyd var ki, əvvəllər görülməmiş lojistikaya və idarəetməyə sahibdir. Rus təfəkkürünün hərb yönünün bu xalqda olduqca güclü olduğunu nəzərə alsaq, Şoyqu Putindən sonra hakimiyyətin ən reytinqli siyasətçisidir. Qaldı ki, Şoyqu ilə bağlı Putinin mesajlarına, onsuz da illərdir ki, rus cəmiyyətində hazırlıq yox, artıq oturuşmuş bir fikir var ki, Putinin xələfi Şoyqu olacaq. Onun isə ikinci Medvedyev olması ehtimalı sıfırdır. Medvedyev güclü siyasətçi deyil, Putinin kölgəsində hər zaman “B” variantı formulunu oynayan adam idi. Amma güclü Putindən sonra güclü Rusiya rəhbəri lazımdır. Kreml də isə bunun çoxdan Şoyqu olduğunu anlayıblar. Əgər Şoyqu Rusiyanın başına keçəcəksə, biz daha güclü bir ölkənin, təpədən-dırnağa silahlanmış gücün şahidi olacağıq və sözsüz ki, elə olacağı təqdirdə dünyamızı nəyin gözlədiyini hamı anlamaqdadır". (“Yeni Müsavat”)