“Bu məsələləri uğurla başa vurduq" “Bu məsələləri uğurla başa vurduq"

Türkiyə Rusiyadan yenə S-400 alacaq - Moskvadan rəsmi açıqlama

“Bu məsələləri uğurla başa vurduq"

Rusiyanın "Rosoboronexport" müdafiə sənayesi şirkəti Türkiyəyə yenə S-400 raket kompleksləri satacaq.

AzNews.az xəbər verir ki, şirkətin prezidenti Aleksandr Mixeyev Türkiyə tərəfi ilə mövzu ətrafında danışıqların davam etdiyini deyib.

“Hazırda seçimi, maliyyə modelini və tədarük prosesini müzakirə edirik”.

O, S-400-ün Türkiyəyə tədarükü haqqında müqavilə çərçivəsində istehsalın lokallaşdırılması ilə bağlı suala ətraflı cavab verməkdən yayınıb.

“İstehsalın lokallaşdırılması üzrə proqram yekun mərhələdəki mövzudur”.

Mixeyev jurnalistlərin S-400-lərin bütün hissələrinin Türkiyəyə göndərilməsinin başa çatıb-çatmadığı barədə suala da cavab verib.

“Bu məsələləri uğurla başa vurduq. 72 uçuş həyata keçirildi. Hər şey dəqiqliklə yerinə yetirildi, heç bir gecikmə olmadı”.

O, bunun təyin olunan vaxtdan əvvəl həyata keçirildiyini vurğulayıb.

Pərvanə

AzNews.az