Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyaya səfir təyin edib Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyaya səfir təyin edib

Putin Britaniyaya yeni səfir göndərir

Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyaya səfir təyin edib

Prezidentin sərəncamı ilə Rusiyanın ATƏT-dəki Daimi Nümayəndəliyinin keçmiş rəhbəri Andrey Kelin bu posta təyin olunub.

Andrey Kelin 2015-ci ildən Rusiya XIN-in Avropa ilə Əməkdaşlıq Departamentinin direktoru vəzifəsində çalışıb. O, 2011-2015-ci illərdə Rusiya Federasiyasının Vyanadakı ATƏT yanında Daimi Nümayəndəliyin rəhbəri olub.

Qeyd edək ki, 2011-ci ildən Rusiyanın Böyük Britaniyada səfiri olan Aleksandr Yakovenko bu il vəzifəsindən azad edilib.(apa.az)

AzNews.az