Qalib komandanın heyətində qollardan yarıdan çoxunu dövlət başçısı rəqib qapısından keçirib Qalib komandanın heyətində qollardan yarıdan çoxunu dövlət başçısı rəqib qapısından keçirib

Putin Qızıl meydanda xokkey oynadı

Qalib komandanın heyətində qollardan yarıdan çoxunu dövlət başçısı rəqib qapısından keçirib

Rusiya Prezidenti Vladimir Putin Moskvadakı Qızıl meydanda yerləşən buz meydançasında xokkey oynayıb.

TASS agentliyinə istinadla bildirilir ki, Gecə Xokkey Liqası çərçivəsində keçirilən matçda Putinin komandası rəqibinə 8:5 hesabı ilə qalib gəlib.

Qalib komandanın heyətində qollardan yarıdan çoxunu dövlət başçısı rəqib qapısından keçirib. Vladimir Putinin komandasında, həmçinin Müdafiə naziri Sergey Şoyqu, Rusiya xokkeyinin əfsanələri Pavel Bure, Valeri Kamenski, Sergey Fyodorov, Aleksey Kasatonov və başqaları forma geyiniblər.

Rəqib komandanın heyətində isə Tula qubernatoru Aleksey Dyumin, biznesmenlər Qennadiy Timçenko, Vladimir Potanin və Roman Rutenberq, həmçinin musiqiçi İqor Butman yer alıblar.

AzNews.az