33 yoluxma faktından 31-i Moskvada qeydə alınıb 33 yoluxma faktından 31-i Moskvada qeydə alınıb

Rusiyada koronavirusa yoluxanların sayı 147-yə çatdı

33 yoluxma faktından 31-i Moskvada qeydə alınıb

Rusiyada gün ərzində daha 33 nəfərin koronavirusa yoluxması ilə ümumi aşkarlanan yoluxma hallarının sayı 147-yə çatıb.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, 33 yoluxma faktından 31-i Moskvada qeydə alınıb.

Bildirilir ki, yoluxanların əksəriyyəti son 2 həftədə epidemiyanın geniş yayıldığı ölkələri ziyarət ediblər.

Koronavirus üzrə əməliyyat qərargahının məlumatına görə, 17,9 min insan tibbi müşahidə altındadır.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların ümümi sayı 200 mini keçib.