• Rusiya
  • 23 İyun 2020 22:06
  •  2 352

Putin gəliri çox olanlar üçün vergini artırmağı təklif etdi

Bu faiz dərəcəsi ildə 5 milyondan çox gəliri olan şəxslərə şamil ediləcək

Rusiya Prezidenti Vladimir Putin yanvarın 1-dən etibarən fərdi gəlir vergisinin dərəcəsini ildə 5 milyon rubldan çox gəliri olan şəxslər üçün 13%-dən 15%-dək artırmağı təklif edib.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, onun sözlərinə görə, bu faiz dərəcəsi ildə 5 milyondan çox gəliri olan şəxslərə şamil ediləcək. Bu artımdan illik əlavə gəlir 60 milyard rubl təşkil edəcək.

Putin həmin vəsaitin yetim xəstəlikləri olan uşaqların müalicəsinə sərf ediləcəyini bildirib.