Hüquq-mühafizə orqanlarına Krasnodar, Sankt-Peterburq və Moskva aeroportlarının minalandığı bildirilib Hüquq-mühafizə orqanlarına Krasnodar, Sankt-Peterburq və Moskva aeroportlarının minalandığı bildirilib

Rusiyada aeroportlara partlayıcı qurğular yerləşdirilməsi barədə anonim zəng araşdırılır

Hüquq-mühafizə orqanlarına Krasnodar, Sankt-Peterburq və Moskva aeroportlarının minalandığı bildirilib

Rusiyanın hüquq-mühafizə orqanlarına böyük şəhərlərdə aeroportlara partlayıcı qurğular yerləşdirilməsi barədə anonim zəng daxil olub.

AzNews.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarına Krasnodar, Sankt-Peterburq və Moskva aeroportlarının minalandığı bildirilib.

Hazırda Rusiya hüquq-mühafizə orqanları daxil olan informasiyanı araşdırır. Aeroportlara hüquq-mühafizə orqanlarının, təcili yardım xidmətinin əməkdaşları, kinoloqlar göndərilib.