Onların hər biri öz arzusu ilə istefa ərizəsi yazıb Onların hər biri öz arzusu ilə istefa ərizəsi yazıb

Putin yüksək rütbəli şəxsləri istefaya göndərdi

Onların hər biri öz arzusu ilə istefa ərizəsi yazıb

Rusiya Prezidenti Vladimir Putin Federasiyanın İstintaq Komitəsinin 3 generalının və bir polkovnikinin vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.

Bunlar İstintaq Komitəsinin Nəqliyyat üzrə Moskva Regionlararası İstintaq İdarəsinin rəhbəri ədliyyə general-mayoru Sergey Vazyulin, İrkutsk vilayətinin İstintaq İdarəsinin rəhbəri ədliyyə general-mayoru Andrey Bunev, Kuban istintaq şöbəsinin rəhbəri ədliyyə general-leytenantı Vadim Buqaenko və Baş İdarə rəisi polkovnik Rif Qayututdinovdur.

Nəşrin məlumatına görə, onların hər biri öz arzusu ilə istefa ərizəsi yazıb. (APA)

AzNews.az