Lavrovun Berlin səfəri ləğv olundu

Bu barədə Rusiya XİN-in saytında yazılıb

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun sentyabrın 15-nə planlaşdırılan Berlin səfəri ləğv edilib.

AzNews.az xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında yazılıb.

Məlumata görə, Lavrov almaniyalı həmkarı Hayk Maasla birlikdə Rusiya və Almaniya arasındakı Elm və Təhsil tərəfdaşlığı ilinin bağlanış mərasimində iştirak etməli idi. Ancaq Almaniya tərəfi Maasın iş qrafikindəki dəyişiklik səbəbindən bağlanış mərasimində iştirak edə bilməyəcəyi barədə rusiyalı diplomatları məlumatlandırıb. Üstəlik, ikitərəfli danışıqlara yalnız saat yarım vaxt ayrılıb.

“Belə olan halda Lavrovun Almaniyaya səfərinin ilkin və əsas məqsədi əhəmiyyətini itirmiş olur, danışıqların təklif olunan formatı isə həddindən çox məhdudlaşdırılıb. Bu fonda sözügedən səfəri ləğv etmək qərarı verildi”, - deyə XİN-in məlumatında deyilir.

Bu barədə artıq Almaniya tərəfinə məlumat verildiyi qeyd olunub.