Bu barədə paytaxtın COVID-19-la bağlı vəziyyətə Nəzarət və Monitorinq Mərkəzi bildirib Bu barədə paytaxtın COVID-19-la bağlı vəziyyətə Nəzarət və Monitorinq Mərkəzi bildirib

Moskvada 5 200-dən çox insan COVID-19-dan sağalıb

Bu barədə paytaxtın COVID-19-la bağlı vəziyyətə Nəzarət və Monitorinq Mərkəzi bildirib

Rusiyanın paytaxtı Moskvada koronavirusa yoluxmuş daha 5 245 nəfər sağalıb.

AzNews.az xəbər verir ki, bu barədə paytaxtın COVID-19-la bağlı vəziyyətə Nəzarət və Monitorinq Mərkəzi bildirib.

Bununla da Moskvada koronavirusdan sağalanların sayı 405 577-yə yüksəlib.

Qeyd edək ki, ötən gün paytaxtda 75 nəfər COVID-19-un qurbanı olub. Beləliklə, şəhərdə koronavirusdan ölənlərin sayı 8 308-ə çatıb.

Rusiyada təhlükəli infeksiyaya ümumilikdə 2 064 748 yoluxma qeydə alınıb. Pandemiya ərzində COVID-19-dan 35 778 ölüm baş verib, bununla yanaşı, virusa yoluxmuş 1 577 435 insan sağalıb.