• Rusiya
  • 26 Dekabr 2020 13:43
  •  286

Rusiyada yoluxanların sayı 3 milyonu ötdü - Qonşu ölkələrdə vəziyyət

Rusiyada son 24 saat ərzində 567 pasiyent ölüb

Rusiyada son bir gündə 29 258 yeni yoluxma faktı qeydə alınıb.

AzNews.az xəbər verir ki, son 24 saat ərzində 567 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 54 226 nəfərə çatıb.

Ölkə üzrə ümumilikdə 3 021 964 nəfər koronavirusa yoluxub. İndiyədək 426 439 nəfər sağalıb.

Gürcüstanda son 24 saat ərzində daha 1 784 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 220 508-ə çatıb.

Ölkədə sutka ərzində daha 39 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 2 352-yə çatıb. Ümumilikdə sağalanların sayı isə 200 339 nəfərdir.

Ermənistanda son sutka ərzində daha 586 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 157 349 nəfərə çatıb.

Daha 19 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 752-yə çatıb. Ümumilikdə sağalanların sayı isə 138 669 nəfərdir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.