Filip Kirkorov eləcə də mən düşünürük ki, mədəniyyəti siyasətə qatmaq doğru deyil Filip Kirkorov eləcə də mən düşünürük ki, mədəniyyəti siyasətə qatmaq doğru deyil

Filip Kirkorovun Litvaya girişi qadağan olundu:

Filip Kirkorov eləcə də mən düşünürük ki, mədəniyyəti siyasətə qatmaq doğru deyil

Rusiyanın tanınmış müğənnisi Filip Kirkorovun Litva ərazisinə girişi 5 illik müddətə qadağan olunub.

AzNews.az Musavat.com-a mətbuatına istinadən bildirir ki, müğənni Ukraynanın işğal edilmiş Krım yarımadasına səfər etdiyi üçün Litva Miqrasiya Departamenti ölkənin Xarici İşlər Nazirliyinin tələbi ilə onun ölkəyə girişini qadağan edib. Kirkorovun adı “qara siyahı” ya salınıb. Qadağa 19 yanvar 2021-ci ildə qüvvəyə minib.

Müğənni buna görə Litvanı Avropa Məhkəməsinə verməyi düşünür. Bu barədə sənətçinin vəkili Aleksandr Dobrovinski açıqlama yayıb. Vəkil qeyd edib:

“Filip Kirkorov eləcə də mən düşünürük ki, mədəniyyəti siyasətə qatmaq doğru deyil. Bunun üçün də Filip bu məsələni Avropa Məhkəməsi qarşısında qaldırmaq üçün işi mənə əmanət etdi”.

Litva daxili işlər naziri Aqne Bilotayte isə qeyd edib ki, Kirkorov son bir neçə il ərzində dəfələrlə yarımadaya qanunsuz səfər edib və bununla da işğalı açıq şəkildə dəstəkləyib:
“Krımın işğalına açıq şəkildə haqq qazandıran ifaçılara heç bir demokratik ölkədə yer verilməməlidir. Bu cür məsələlərlə bağlı mövqeyimiz birmənalıdır”.