Konvensiya bununla qüvvəyə minəcək Konvensiya bununla qüvvəyə minəcək

Lavrov: “İranı gözləyirık”

Konvensiya bununla qüvvəyə minəcək

“Rusiya İranın Xəzərin hüquqi statusu ilə bağlı 2018-ci ildə imzalanan Konvensiyanı tezliklə ratifikasiya etməsini gözləyir”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“İranda Xəzərin hüquqi statusu ilə bağlı ratifikasiya prosedurunun bir an əvvəl bitməsini gözləyirik. Üç il bundan əvvəl Aktauda imzalanan vacib Konvensiya bununla qüvvəyə minəcək və Xəzər dənizində əməkdaşlığımızın özülünü möhkəmləndirəcək”, - deyə Rusiya XİN başçısı vurğulayıb.