Moskva Rusiya-NATO şurasının iclasına dəvəti “iqnor” edir Moskva Rusiya-NATO şurasının iclasına dəvəti “iqnor” edir

NATO sanksiyaları dəstəklədi, ABŞ səfiri nazirliyə çağırıldı - Moskvada gərgin diplomatik gün

Moskva Rusiya-NATO şurasının iclasına dəvəti “iqnor” edir

ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

ABŞ-ın ölkəsinə qarşı yeni sanksiyalarına münasibət bildirən XİN rəsmisi Rusiyanın bu sanksiyalara cavabının qaçılmaz olduğunu qeyd edib: “Baş verəcəklərə görə bütün məsuliyyət ABŞ-ın üzərinə düşür. Rusiyanın bu sanksiyalara cavabı qaçılmaz olacaq. Qeyd edim ki, sanksiyalarla əlaqədar artıq ABŞ-ın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb”.

Bu arada NATO da ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyaları dəstəkləyib.

AzNews.az xəbər verir ki, bu barədə Şimal Alyansı bəyanat yayıb.

“NATO ABŞ-ın Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərini dəstəkləyir. NATO-dan olan müttəfiqlər kollektiv təhlükəsizliyi təhdid edən Rusiyanın fəaliyyətinə qarşı birlikdə müqavimət göstərməyə davam edəcəklər. NATO Rusiya ilə təmaslara açıq olaraq qalır. Təəssüflənirik ki, Moskva Rusiya-NATO şurasının iclasına dəvəti “iqnor” edir”, - deyə bəyanatda vurğulanıb.

Həmçinin bu gün məlumat yayılıb ki, ABŞ Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşını ölkədən çıxarır.

Belə ki, ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı sanksiya tətbiq edilməsi barədə Fərman imzalayıb.

Sanksiyada Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşının ölkədən çıxarılması da nəzərdə tutulur.

"Birləşmiş Ştatlar Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşını ölkədən çıxarır. Əməkdaşlar arasında Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri var”, - deyə Ağ evin bəyanatında bildirilir.

AzNews.az