“Roskomnadzor” məlumat yayıb “Roskomnadzor” məlumat yayıb

Rusiya Navalnini dəstəkləyən 49 saytı bağladı

“Roskomnadzor” məlumat yayıb

Rusiya həbsdə olan müxalif siyasətçi Aleksey Navalnını dəstəkləyən 49 saytı bağlayıb.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “Roskomnadzor” açıqlama yayıb.

A.Navalnının qurucusu olduğu “Korrupsiya ilə Mübarizə Fondu”nun saytına da məhdudiyyət qoyulduğu bildirilir.

Qurumun əməkdaşı Mariya Pevtçik bunun onları Rusiya internet platformasından tamamilə təmizləmək üçün edildiyini deyib.

A.Navalnının yaxın dostu kimi tanınan Leonid Volkov bu addımın sentyabr ayında keçiriləcək seçkilərdən əvvəl müxalifəti susdurmaq üçün edildiyini vurğulayıb.

Şəbnəm Zahir