Avropa Parlamenti Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanımağa hazırlaşır

Avropa Parlamentində Rusiya ilə bağlı qətnamə üzrə səsvermə keçiriləcək.

Aznews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında məlumat verilib.

Bildirilib ki, noyabrın 23-də Avropa Parlamentində Rusiyanın terrorizmə sponsorluq edən dövlət adlandırılmasına dair qətnamə üzrə səsvermə baş tutacaq.