FSB Krımda "Hizb-ut-Təhrir" terror qruplaşmasının 6 üzvünü ələ keçirib

“Federal Təhlükəsizlik Xidməti Rusiya Milli Qvardiyası ilə əməkdaşlıq edərək “Hizb ut-Təhrir əl-İslami” beynəlxalq terror təşkilatının Krımda yerləşən bölməsinin əməliyyatının qarşısını alıb, 6 üzvü saxlanılıb”

Aznews.az xəbər verir ki, bu barədə Rusiya mətbuat xidmətindən bildirilib.

Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, “bu şəxslər təşkilatın Ukraynada qalan emissarlarının rəhbər tutaraq ölkəmiz ərazisində terror ideologiyasını yaymaq üçün qəsdən işləyiblər”. Agentlik bildirir ki, gizli görüşləri zamanı onlar yerli müsəlman əhali arasından Rusiya vətəndaşlarını işə cəlb edirdilər.

Mövsüm