Putin Cənubi Sudan prezidenti ilə cümə axşamı görüşəcək

Rusiya prezidenti Vladimir Putin cümə axşamı Rusiyada rəsmi səfərdə olan Cənubi Sudanlı həmkarı Salva Kiir ilə danışıqlar aparacaq, liderlər iki ölkə arasındakı münasibətləri və beynəlxalq gündəmi müzakirə edəcəklər.

Aznews.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Liderlər müxtəlif istiqamətlərdə Rusiya-Cənubi Sudan münasibətlərinin inkişaf perspektivlərini, həmçinin regional və beynəlxalq gündəmdəki məsələləri müzakirə etməyi planlaşdırırlar”, - deyə məlumatda bildirilir.

Mövsüm