"Bayram yaxınlaşdıqca ət bahalaşır – Qiymət artımının səbəbi nədir?"

“Bayram ərəfəsində tələbatın artması tamamilə təbii haldır və bu, hər il müşahidə olunan bir tendensiyadır. İnsanlar bayrama hazırlıq məqsədilə xüsusilə qida məhsullarına – o cümlədən ətə olan tələbatı artırır. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə də təsir edir. Qiymət artımı təxminən 3-5 faiz civarında ola bilər. Ət məhsullarının topdansatış qiymətlərində müəyyən qədər yüksəlmə müşahidə olunması ehtimal edilir. Lakin bu artım müvəqqəti xarakter daşıyır və əsasən bayramqabağı dövrü əhatə edir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Qeyd edək ki, son bir ayda paytaxtda ətin qiymətində artım müşahidə olunur. Belə ki, əvvəlki aylarla müqayisədə mal ətinin qiyməti 1 manat, quzu ətinin qiyməti isə 2 manat bahalaşıb. Qəssabların sözlərinə görə, qiymət artımına səbəb əsasən heyvan qıtlığıdır. Hazırda dana ətinin bir kiloqramı 15 manatdan 16 manata qalxıb. Quzu ətinin qiyməti isə 20-24 manat arasında dəyişir.

Ekspert qeyd edib ki, bayram başa çatdıqdan sonra tələbat azalacaq və nəticə etibarilə qiymətlər sabitləşəcək.

“Bazar iştirakçılarının fikrincə, hazırda baş verən qiymət dəyişiklikləri bazar qanunlarına uyğun şəkildə formalaşır. Yəni burada heç bir süni qiymət artımı və ya manipulyasiya halları yoxdur. Sadəcə olaraq, tələbatın artması fonunda qiymətlər də müəyyən qədər yüksəlir ki, bu da bazarın normal konjunkturasıdır. Ümumilikdə, tələbatla təklif arasında yaranan müvəqqəti disbalans qiymət dəyişikliklərinə səbəb olur. Lakin bu vəziyyət uzunmüddətli deyil və bayramdan sonra bazarda qiymətlərin yenidən sabitləşəcəyi gözlənilir Bayram ərəfəsində tələbatın artması tamamilə təbii haldır və bu, hər il müşahidə olunan bir tendensiyadır. İnsanlar bayrama hazırlıq məqsədilə xüsusilə qida məhsullarına – o cümlədən ətə olan tələbatı artırır. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə də təsir edir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az