- Rusiya və İran
- 8 Oktyabr 2019 16:25
- 4 417
Putin “Azərbaycan” nəşriyyatının baş direktoruna medal verdi
Ağabəy Əsgərov Rusiya və Azərbaycan xalqlarının mədəniyyətlərinin yaxınlaşmasına töhfə verib
Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərovun “Puşkin” medalı ilə təltif olunması haqqında Fərman imzalayıb.
Ağabəy Əsgərov Rusiya və Azərbaycan xalqlarının mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı surətdə zənginləşməsi işinə töhfəsinə görə mükafatlandırılıb.
AzNews.az