- Rusiya və İran
 - 17 Aprel 2021 11:23
 - 6 998
 
Sankt-Peterburqda Ukraynanın konsulu saxlanılıb
            "Xarici diplomata qarşı beynəlxalq hüquq normalarına uyğun tədbirlər görüləcək"
Sankt-Peterburqda Ukraynanın konsulu saxlanılıb.
 
 "RİA Novosti" xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
 
Bildirilib ki, aprelin 16-da Ukraynanın Sankt-Peterburqdakı Baş konsulu Aleksandr Sosonyuk RF vətəndaşı olan bir şəxslə  görüşüb Rusiya hüquq-mühafizə orqanlarının və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazalarından götürülən məxfi məlumat alarkən saxlanılıb.
    
    
    
    
    
 
    
"Xarici diplomata qarşı beynəlxalq hüquq normalarına uyğun tədbirlər görüləcək", - deyə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunub.(Apa)
 
            
                    AzNews.az