Bu barədə Kremlin saytında yerləşdirilmiş gəlir bəyannaməsində deyilir Bu barədə Kremlin saytında yerləşdirilmiş gəlir bəyannaməsində deyilir

Putinin illik gəliri AÇIQLANDI

Bu barədə Kremlin saytında yerləşdirilmiş gəlir bəyannaməsində deyilir

Rusiya prezidenti Vladimir Putin 2021-ci ildə 10,2 milyon rubldan çox (125 min dollara yaxın) gəlir əldə edib.

Aznews.az xəbər verir ki, bu barədə Kremlin saytında yerləşdirilmiş gəlir bəyannaməsində deyilir.

Qeyd olunur ki, bu, 2020-ci illə müqayisədə 207,9 min rubl çoxdur.

Eyni zamanda, baş nazir Mixail Mişustin 18,3 milyon rubl (222 min dollardan çox) gəlir qazanıb. Bu, əvvəlki illə müqayisədə 1,5 milyon rubl azdır.