İran Prezidenti: “Beynəlxalq təşkilatlar öz effektivliyini itirib”

“Beynəlxalq təşkilatlar dünya ictimaiyyəti qarşısında öz effektivliyini itirib”.

Aznews.az TASS-a istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Moskvada rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı deyib.

“İnsan hüquqlarını müdafiə etməli olan beynəlxalq təşkilatların öz effektivliyini itirməsi təəssüf hissi doğurur. Və bu, bütün dünya ictimaiyyətinin gözü qarşısında baş verir”, - o bildirib.