- Rusiya və İran
- 8 Dekabr 2023 15:34
- 4 891
Putin prezidentliyə namizədliyini açıqlayıb

Vladimir Putin Rusiyada keçiriləcək prezident seçkilərində yenidən namizəd olacağını açıqlayıb.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, Prezident bunu dekabrın 8-də Kremlin Müqəddəs Georgi zalında Ukraynada müharibə iştirakçılarına “Qızıl Ulduz” ordenlərini təqdimetmə mərasimində bildirib.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 17-də keçiriləcək. Vladimir Putin qalib gəlsə, beşinci dəfə dövlət başçısı olacaq.