Putin iki nüvə sualtı qayığını istismara verir

Rusiya prezidenti Vladimir Putin iki nüvə sualtı qayığı - "Krasnoyarsk" və "İmperator Aleksandr Üçüncü"nün bayrağının qaldırılması mərasimində iştirak etmək üçün ölkənin şimalındakı Severodvinsk şəhərinə gedib.

“Sevmaş” gəmiqayırma zavoduna səfəri zamanı Putin hər iki nüvə gəmisinin tezliklə Sakit okeanda xidmətə başlayacağını bildirib.

O, onların Rusiyanın istehsal etdiyi iki ayrı sualtı seriyanın bir hissəsi olduğunu vurğulayıb.

Mövsüm

Aznews.az