Zaxarova: Zelenskinin Zalujnı ilə əvəzlənməsi heç nəyi dəyişməyəcək

Kiyevdə prezident postunu tutan Vladimir Zelenskinin əvəzinə Ukrayna Silahlı Qüvvələrinin (AFU) ali baş komandanı , general Valeri Zalujnının hakimiyyətə gəlişi Ukrayna münaqişəsindəki vəziyyəti dəyişməyəcək.

Bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Zelenskinin Zalujnıya və ya başqa bir fiqurla mümkün dəyişməsi vəziyyəti dəyişməyəcək, onların hamısı ağalarının əlində marionetdir",-deyə Zaxarova qeyd edib.

O, əlavə edib ki, bu dairədən müstəqil şəxsiyyəti ayırmaq mümkün deyil.

Mövsüm

Aznews.az