ABŞ dünya hökmranlığını qorumağa çalışır, lakin onun gücü getdikcə azalır - Medvedev

Vaşinqton qlobal dominantlığa can atmağa davam edir, lakin onun gücü getdikcə azalır.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya mətbuatına müsahibəsində bildirib.

O, ABŞ-Meksika sərhədindəki vəziyyəti, həmçinin Vaşinqton və Texas hakimiyyəti arasında miqrasiya siyasəti ilə bağlı qarşıdurmanı xatırladıb.

"Bu, fikir ayrılıqlarının dərinliyini vurğulayan çox parlaq nümunədir. Bunlar onunla əlaqələndirilir ki, Birləşmiş Ştatlar zəifləyən gücünə baxmayaraq, beynəlxalq arenada öz dominantlığını qorumağa çalışır", - Medvedev bildirib.

Eyni zamanda o qeyd edib ki, Avropa ölkələri yaxın gələcəkdə Vaşinqtona olan etimaddan çıxa bilməyəcək. “Mən hiss edirəm ki, bu, yaxın illərdə baş verməyəcək”, - o, Avropanın ABŞ-nin peyki kimi fəaliyyət göstərməyi nə vaxt dayandıracağı sualına cavab verib.

Medvedevin sözlərinə görə, bunun bir neçə səbəbi var, o cümlədən “ABŞ-nin Avropanın zəifliyindən istifadə etməsi”. “Onlar bir sıra iqtisadi sahələri onlardan alıb və onların təhlükəsizliyini tam təmin edirlər, yəni avropalılar ABŞ-nin əmri ilə dəstə-dəstə gedirlər”, - deyə o bildirib.

Mövsüm

Aznews.az