Xamenei: İran 2003-cü ildə Liviya kimi nüvə texnologiyasını Qərbə verməyəcək

İranın ali dini lideri Xamenei deyib ki, Tehran özünün milli nüvə proqramı ilə bağlı ABŞ və Avropa ölkələri ilə hər hansı danışıqları rədd edir və Liviyanın 2003-cü ildə etdiyi kimi heç bir güzəştə getməyə hazırlaşmır.

Bu barədə “As-Sharq Al-Awsat” qəzeti məlumat yayıb .

“Bəziləri bizə problemi həll etmək üçün Amerikanın tələblərindən birini qəbul etməyi məsləhət görür. Mən sizə deyim: onların (amerikalıların - red.) tələbləri hədsizdir. Onlar bizim tamamilə asılı olmağımızı istəyirlər",-deyə Xamenei iranlı işçilər qarşısında çıxışı zamanı qeyd edib.

O, həmçinin Qərbin İrana qarşı yeni sanksiyalarını tənqid edib və əlavə edib ki, onların məqsədi ölkəni iqtisadi tənəzzül və müdafiəsiz etməkdir.

Mövsüm

Aznews.az